12px13px15px17px
Tarix:08/07/16

“UFS” standartlı ilk yaddaş kartları təqdim olunub

Cənubi Koreyanın “Samsung” şirkəti bu ilin martında yaddaş kartları üçün rəsmən təsdiq edilən “UFS” (Universal Flash Storage) standartı üzrə hazırlanan dünyanın ilk yaddaş kartlarını təqdim edib. Yeni istehsal xəttinə 32, 64, 128 və 256 QB tutumlu kartlar daxildir. 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, yeni kartlarla məlumatların oxunulması üzrə maksimal sürət 530 Mbit/saniyə, yazılma sürəti 170 Mbit/saniyə təşkil edir. Bu göstəricilərə görə yeni kartlar SSD toplayıcıları ilə müqayisə oluna bilər və bazarda təqdim olunan “microSD” kartlarını oxuma sürətinə görə təxminən 5 dəfə üstələyir. Belə ki, 5 QB tutumlu filmin oxunması üçün karta təqribən 10 saniyə lazım olduğu halda “UHS-1 microSD” kartı bu əməliyyata 50 saniyədən çox vaxt sərf edir.

Şirkət nümayəndələrinin fikrincə, yeni kartlar rəqəmli fotoqrafiya və videoçəkiliş sahəsində geniş tətbiq olunacaq. Bununla yanaşı, hazırda bazarda bu yaddaş kartlarının formatını dəstəkləyə biləcək qurğular yer almayıb, lakin bunun “Samsung”un gələcək qurğularının ola biləcəyi güman edilir.

Yeni kartların bazara çıxarılma müddəti və onların qiyməti barədə məlumatlar hələ ki açıqlanmır. Buna baxmayaraq “UFS” kartlarının “microSD” formatlı kartları əvəz edəcəyi ehtimal edilir.

Nizam Nuriyev 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024