12px13px15px17px
Tarix:14/07/16

Yuxunun keyfiyyətini yaxşılaşdıran “ağıllı” yastıq (VİDEO)

Əksər "ağıllı" saat və idman bilərzikləri istifadəçinin necə yatması barədə məlumatlar əldə etməyə imkan verən yuxu mərhələlərinin izlənilməsi funksiyası ilə təchiz edilib.

Bu informasiya əsasında istirahətin keyfiyyətini yaxşılaşdırmaqla əlaqədar məsləhətlər verilir.

Təəssüf ki, belə qurğuların işinin dəqiqliyi bəzən ürəkaçan olmur. Bununla əlaqədar mütəxəssislər Uorrik Bell və Migel Marrero insanlara yuxunun keyfiyyətini artırmağa kömək edə biləcək "smart" yastıq yaratmaq qərarına gəlib. "ZEEQ" adlanan qurğu xarici görünüşünə görə adi yastıqdan fərqlənmir. Daxildə yastığa istifadəçi ilə bağlı baş verənləri təhlil etməyə imkan verən çoxsaylı ötürücülər yerləşir.
 


 



"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, yuxu mərhələlərinin izlənilməsi ilə yanaşı, "ZEEQ" yastığının ehtiyatında daha bir neçə faydalı funksiya var. Məsələn, qurğu yatmazdan əvvəl tez yuxuya getməyə kömək edən həzin musiqi səsləndirə bilir. Həmçinin yastıqda xorultunu izləyən quraşdırılmış mikrofon yer alıb. İnsan xoruldamağa başlayan kimi, yastıq onu o biri böyür üstə çevrilməyə məcbur etmək üçün yüngülcə titrəməyə başlayır. Bundan başqa, "ZEEQ"-də istifadəçini əlverişli vaxtda oyadan "ağıllı" zəngli saat funksiyası nəzərdə tutulub.  
 
Yastığı "Kickstarter" saytında 129 dollara sifariş etmək olar.
 
Nizam Nuriyev 




Baxış sayı: 2147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024