12px13px15px17px
Tarix:23/09/11

Kadrlar Azərbaycanda elmin və İT-nin inkişafında mühüm rol oynayırlar - nazir müavini

Kadr potensialının mövcudluğu Azərbaycanın elm və informasiya texnologiyaları sahəsinin inkişafında mühüm rol oynayır.

Bunu təhsil nazirinin müavini Qulu Novruzov Bakıda "Müasir informasiya-komunikasiya texnologiyalarının inkişaf perspektivləri" mövzusunda keçirilən beynəlxalq elmi-texniki konfransda deyib.

Nazir müavininin sözlərinə görə, investisiyalar və texnologiyaların tətbiqi bütün məsələləri həll etmir, çünki qabaqcıl texnologiyaların mövcud olması təhsil olmasa təsirli olmaz.

"Təbii sərvətlər əbədi deyil. Ona görə də, gələcək elmə və texnologiyalara qoyulan investisiyalara bağlıdır.

Buna nümunə kimi Skandinaviya ölkələrinin təcrübəsini göstərmək olar, orada gələcək, iqtisadiyyat, rifah və həyati əhəmiyyətli funksiyalar ümumilikdə elm sahəsinə, xüsusilə yüksək texnologiyalar sahəsinə qoyulan investisiyalarla bağlıdır", - Novruzov deyib.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda hər min tələbəyə bir kompüter düşürdüsə, indi 20 tələbəyə bir kompüter düşür.



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024