12px13px15px17px
Tarix:18/07/16

“iOS” üçün mobil intellektual kamera əlavəsi təqdim olunub

“Microsoft” korporasiyası “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün yeni “Microsoft Pix” intellektual kamera proqramı hazırlayıb.

“ICTnews” Xəbərlər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əlavə “Windows Phone” və “iOS” platformaları üçün nəzərdə tutulan iki mövcud “Blink” və “Selfie” proqramının imkanlarını özündə birləşdirir. İşə salındıqdan sonra "Microsoft Pix” obyektivə düşənlərin hamısını avtomatik izləməyə başlayır və istifadəçi sürgü düyməsini basan zaman əlavə çəkilişdən əvvəl və sonrakı anların bir neçə kadrını ona təklif edərək daha uğurlu kadrı seçməyə imkan yaradır.

Həmçinin “Microsoft Pix” kadrda insanların üzündə fokuslamadan istifadə edilən zaman “ISO” parametrini avtomatik qurur. Daha bir funksiya “canlı” fotoşəkillərin yaradılması ilə əlaqədardır. Belə ki, kadrda maraqlı hərəkət qeydə alınanda proqram onu animasiyaya çevirir. Bundan başqa, əlavə daha uğurlu kadrı seçərək onun keyfiyyətini yaxşılaşdırır.

“Microsoft Pix” əlavəsini yaxın vaxtlarda "App Store” əlavələr mağazasından yükləmək mümkün olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024