12px13px15px17px
Tarix:18/07/16

Bir milyona yaxın “Android” qurğu istifadəçisi fırıldaqçıların qurbanı olub

"ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb. Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub.

Bildirilir ki, istifadəçiyə fərdi məlumat (ad, elektron poçt ünvanı, ünvan, telefon, doğum tarixi və cins) qarşılığında çoxsaylı müxtəlif hədiyyələr, kupon və pulsuz xidmətlər təklif edilib. Çoxsaylı mənfi şərhlərə baxmayaraq əlavələrin populyarlığı azalmayıb.

"Google" şirkəti problem barədə məlumatlandırılıb və əlavələr artıq internet mağazasından silinib. Lakin "ESET" ekspertləri xəbərdarlıq ediblər ki, "Google Play"də oxşar xarakterli digər əlavələr qala bilər.

Nizam Nuriyev 




Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024