12px13px15px17px
Tarix:19/07/16

Fitnes trekerlər istifadəçilərin fərdi məlumatlarını təhlükə altına alır

“AV-Test” təşkilatının tədqiqatçısı Markus Selincer “Basis Peak”, “Microsoft Band 2”, “Mobile Action Q-Band”, “Pebble Time”, “Runtastic Moment Elite”, “Striiv Fusion” və “Xiaomi MiBand” daxil olmaqla 7 populyar fitnes bilərziyin mühafizə səviyyəsini təhlil edib. Ekspert istifadəçi məlumatlarının mühafizəsinin keyfiyyətini, əlavələrin etibarlığını, eləcə də informasiyanın sığorta şirkətləri və ya digər tərəfdaş şirkətlər vasitəsilə saxtalaşdırılmasının mümkünlüyünü müəyyənləşdirməyə maraq göstərib.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, M.Selincer ümumilikdə 11 təhlükəsizlik kriterisini, o cümlədən əlavələrin məlumatları saxlaması və mobil qurğularla sinxronlaşdırılmasını nəzərdən keçirib. Tədqiqatçı “BLE” (Bluetooth Low Energy) protokolunun təhlükəsizliyini, icazəsiz müdaxilədən mühafizəni, autentifikasiya parametrlərini və s. analiz edib. Ekspert qeyd edib ki, qurğuların hamısı “BLE” təhlükəsizlik testindən uğurla keçə bilməyib. “Moment Elite” və “Fusion” fitnes trekerləri bütün təhlükəsizlik sınaqlarında uğursuzluğa düçar olub, “MiBand” isə qarşıya qoyulan vəzifənin öhdəsindən qismən gələ bilib.

Lokal saxlancın təhlükəsizliyinə, kodun qarışdırılmasına, eləcə də sazlama və qeyd informasiyasına gəldikdə, “Q-Band” və “Pebble Time” yaxşı nəticələr göstərib. “MiBand”, “Peak”, “Band 2” və “Moment Elite” sınaqdan keçə bilməyib.

Növbəti mərhələdə fitnes treker və mobil qurğu əlavələrinin sinxronlaşdırılmasının təhlükəsizliyi yoxlanılıb. Xüsusilə ekspert məlumatların ötürülməsinin şifrlənməsini və informasiyanın icazəsiz müdaxilədən qorunmasını təhlil edib. Məlum olub ki, “Q-Band”, “Fusion” və “MiBand” qismən şifrləmə təqdim edir.
Tədqiqatın yekunları üzrə ekspert belə qənaətə gəlib ki, sınaqdan keçirdiyi daşınan qurğulardan heç biri istifadə məlumatlarının mühafizəsi məsələsində tam təhlükəsiz hesab edilə bilməz.

Nizam Nuriyev 




Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024