12px13px15px17px
Tarix:20/07/16

Kontaktsız elektron termometr bazara çıxarılıb

Fransanın “Withings” şirkəti "Thermo” kontaktsız elektron termometrini bazara çıxarıb. Temperaturun təyini üçün qurğunu alın boyunca aparmaq kifayətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, qurğuya ən yüksək temperatur nöqtəsini müəyyənləşdirmək üçün gicgah arteriyasını skan edən və 4 mindən çox ölçmə aparan 16 infraqırmızı ötürücü quraşdırılıb. Termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Klinikasının əməkdaşları əlavəyə dərmanlar və onların dozaları barədə informasiya əlavə ediblər.

Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər. Bundan başqa, onlar daha gigiyenikdir və travma üçün təhlükəli deyil, eləcə də həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. Ailəvi termometr kimi icad edilən “Thermo” 8 adamın temperaturunun ölçmə tarixçəsini izləyir. İstehsalçı qurğunu temperaturun ölçülməsi üçün ən gigiyenik üsul kimi qələmə verir.

Nizam Nuriyev 






Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024