12px13px15px17px
Tarix:25/07/16

Eksperimental proqram əlavə reallıqda “ağıllı evi” idarə edəcək (VİDEO)

"Microsoft HoloLens" eynəyini icad edən mütəxəssislərin San-Fransiskoda keçirdiyi forum çərçivəsində iştirakçılardan biri əlavə reallıq rejimində "ağıllı ev" elementlərinin idarəetmə üsulunu yaratmaq təşəbbüsü ilə çıxış edib.   

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "IoT x MR" eksperimental əlavəsi istifadəçilərə baxış və ən sadə jestlər vasitəsilə istənilən smart qurğunu idarə etməyə imkan verir. Əlavə yaradıcısı İen Sterlinq layihənin bütün gələcək imkanlarını göstərən videonu nümayiş etdirib.

"Ağıllı ev" elementlərinin idarə edilməsindən başqa eksperimental proqram qoşulma zamanı məkanı sakitləşdirici nümunə və melodiyalarla dolduran "virtual dzen" rejimini (layihə müəllifi onu belə adlandırır) işə salır.

Nizam Nuriyev 






Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024