12px13px15px17px
Tarix:27/07/16

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Cənubi Koreyada fəaliyyət göstərən "Cybersecurity Alliance for Mutual Progress" (CAMP) təşkilatına üzv olub.
 
Kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən təşkilatın missiyası daha təhlükəsiz kibermühitin təmin olunması üçün qlobal əməkdaşlığın qurulmasıdır. Təşkilat inkişaf etməkdə olan ölkələrin kiberməkanda təhlükəsizliyinin təmin olunması və bu prosesdə sıx əlaqələrin qurulması məqsədi ilə yaradılıb. Eyni zamanda təşkilat  kibertəhlükəsizlik məsələləri ilə bağlı üzvlərinə lazımi metodiki köməklik göstərir.
 
Beynəlxalq təşkilata üzvlük ölkəmizə kibertəhlükəsizlik sahəsində ən son yeniliklər, kibertəhlükələr, hesabatlar barədə müntəzəm məlumatları əldə etməyə imkan verəcək.




Baxış sayı: 1760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024