12px13px15px17px
Tarix:29/07/16

“Elektron hökumət” portalından istifadə dinamikası açıqlandı

Sosial rifahın yüksəldilməsi məqsədilə artıq bir neçə ildir ki, ölkəmizdə də məmur- vətəndaş münasibətlərinin optimallaşdırılmasına xidmət edən "Elektron hökumət" portalı fəaliyyət göstərir. Portala 41 mərkəzi icra hakimiyyəti orqanın təqdim etdiyi 423 elektron xidmət inteqrasiya olunub. Əhalini tam avtomatlaşdırılmış elektron xidmətlərlə təmin etmək məqsədilə portal gündən-günə təkmilləşdirilərək sadələşdirilir ki, bu da istifadəçi sayının artmasına səbəb olur.


İlin əvvəlindən istifadəçilərin sayında artım müşahidə edilən "Elektron hökumət" portalı üzərindən müxtəlif qurumların təqdim etdiyi xidmətlərə yanvar ayının birindən iyul ayının birinədək 8,155,155 dəfə müraciət edilib.
 

Portalda xidmətlərindən istifadəyə görə ilk onluqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elektron Arayışlar, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərsu" ASC, Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası yer tutub.

 







 

Yarımillik statistika göstərir ki, hər ay portala təxminən 1 milyondan artıq istifadəçi müraciət edir, ən çox istifadə edilən xidmət isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətidir ki, 6 ay ərzində bu xidmətə 1,007,705 dəfə müraciət edilib. İstifədəsinə görə ilk 5-likdə olan 2-ci xidmət isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən ilk yarım ildə 957,255 dəfə istifadə edilib. Sonrakı ardıcıl sıralamada yer alan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet  və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidmətinə 873,970 və həmin qurumun Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbuludəfə xidmətinə 806,387 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" xidmətinə 711,159 dəfə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Telefon nömrəsi üzrə axtarış" xidmətinə isə 396,641 dəfə müraciət edilib.



"Google analytics"ə istinadən "Elektron hökumət" portalının statistikasına nəzər salsaq görərik ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 1,098,633 nəfər 4,358,015 dəfə portala daxil olaraq 14,567,831 dəfə müxtəlif səhifələrə keçid ediblər. Həmin şəxslər 8,155,155 dəfə elektron xidmətlərə müraciət ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 8 saniyə təşkil edib.

 



 
 



Ümumiyyətlə vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 23,9 % yeni istifadəçilər, 76,1 %-ni isə təkrar müraciət edənlər təşkil edib.

 

Bununla yanaşı işgüzar münasibətlərin və əlaqələrin elektron formata keçirilməsi, sənədlərin imzalanması üçün hər bir istifadəçinin elektron imza sertifikatına ehtiyacı var. Xidmətlərin istifadə dinamikasının artması elektron imza sertifikatına olan təlabatın da artması ilə şərtlənir. Beləliklə 2016-cı ilin ilk 6 ayı ərzində olan statistikaya görə dövlət qurumları üzrə 13492, fiziki şəxslər üzrə 374, hüquqi şəxslər üzrə 1924, toplam isə 15790 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə bu günə qədər RYTN-nin  Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imza sertifikatlarının sayı 93 mini keçib.
 

Onu da qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəşilərin sayı 425 mini keçib. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən şəxs heç bir dövlət lüzumu ödəmədən kod-parol əldə edə bilər.





Baxış sayı: 1946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 İyul 2019

19/07/19
Qazanaoxşar dron yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndisləri uçuş müddəti artırılan “Flybotix” adlı pilotsuz

19/07/19
“Google Play” mağazasında casus proqramları aşkar edilib

“Avast” antivirus istehsalçısı “Google Play” mağazasının kataloqunda 7 casus proqramı aşkar edib. Bu proq

19/07/19
Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə

19/07/19
Alimlər kvant kompüterinin işini 200 dəfə sürətləndirməyə nail olublar

Hər bir hesablama maşını məntiqi ventillərdən (məntiqi əməliyyatları yerinə yetirən qurğular) ibarətdir.

19/07/19
Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir

Yaponiya hökuməti “Facebook” şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi “Libra” kriptovalyutasını

19/07/19
“Instagram” bir neçə ölkədə postların altında laykların sayını gizlədib

“Instagram” sosial şəbəkəsi Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada istif

19/07/19
Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına d

18 07 2019

18/07/19
“YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib

Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları

18/07/19
Azərbaycan nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İranda səfərdədir

Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron 

18/07/19
“Bluetooth” texnologiyasında aşkar edilmiş boşluq “Windows”, “iOS” və “macOS” istifadəçilərini izləməyə imkan verir

Boston Universitetinin mütəxəssisləri “Bluetooth” simsiz rabitə protokolunda kritik problem aşkar ediblər

18/07/19
Nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev Göygöl rayonun

18/07/19
“Samsung” smartfonlar üçün yüksəksürətli operativ yaddaş modulları təqdim edib

“Samsung” şirkəti smartfonlar üçün “LPDDR5” standartlı operativ yaddaş çiplərinin kütləvi i

18/07/19
Gələcək beyin implantı nümayiş edilib

İddialı milyarder İlon Maska məxsus “Neuralink” şirkəti neyrokompüter interfeyslərinin insan beyninə impl

18/07/19
Xəstəliklərin səbəbini aradan qaldırmaq üçün robot hazırlanıb

Miniatür qurğu kənar hərəkətin (məsələn, ultrasəs) hesabına hərəkətə gəlir. Gələcəkdə belə robotlar orqan

18/07/19
“OneWeb” kosmik internetində məlumatlar 400 Mbit/saniyə sürətlə ötürülüb

Böyük Britaniyanın “OneWeb” şirkəti kosmik internetin ilk sınağının nəticələrini dərc edib. Bağlantı bir

18/07/19
Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqat aparılır

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Tənzimləyici orqan intern

18/07/19
Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan “Check Point Software Technologies”

18/07/19
“Xiaomi Mi A3” smartfonu rəsmən təqdim olunub

“Xiaomi” şirkəti İspaniyada “Mi A3” yeni smartfonunu rəsmən təqdim edib. “Android One” proqramı