12px13px15px17px
Tarix:30/07/16

Qrafen akkumulyatoru bir neçə saniyəyə enerji ilə doldurmaq mümkün olacaq

Mobil qurğuların enerji sərfiyyatını azaltmağa çalışan mütəxəssislərin bütün səylərinə baxmayaraq müasir akkumulyatorlar artıq lazımi qədər avtonom iş müddətini təmin edə bilmir. Son bir neçə ildə alimlər litium-ion akkumulyatorları əvəzləyəcək yeni tip batareyaların yaradılması üzərində çalışırlar. Bu yaxınlarda daha bir oxşar layihə barədə məlumat yayılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Avstraliyanın Suinbern Universitetinin mütəxəssisləri yeni enerji mənbələrinin yaradılması texnologiyasını hazırlayıblar. Perspektivdə bu texnologiya əsasında yaradılan akkumulyatorlar litium-ion və qurğuşun batareyaları üstələyə bilər.

Məlumata görə, hazırlanan superkondensatın əsas xüsusiyyətlərindən biri onun enerji ilə doldurulması üçün bir neçə saniyənin tələb olunmasındadır. Bundan başqa, batareyanı dəfələrlə enerji ilə doldurmaq mümkündür.

Həmçinin mütəxəssislər superkondensatların məhdud tutumluluq kimi əsas problemlərindən birinin həllinə nail olublar. Bu məqsədlə alimlər enerjinin saxlanılması üçün böyük yer tutumuna malik qrafen təbəqəsindən istifadə ediblər.

Qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Materialın torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Gələcəkdə materialın əsasında yaradılacaq qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Qrafendən istifadə geyimə quraşdırılan və ya qatlanan mobil qurğuların hazırlanması üçün kompakt və elastik enerji mənbələrinin yaradılmasına da kömək edə bilər. 

Nizam Nuriyev 




Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024