12px13px15px17px
Tarix:03/08/16

“Google” hesabda şübhəli aktivlik haqda real vaxt rejimində xəbərdarlıq edəcək

Mobil qurğu və kompüterlərin təhlükəsizliyi yalnız istifadəçilər üçün deyil, həm də tərtibatçılar üçün baş ağrısıdır.

"Google" şirkəti yeni bildiriş sistemi tətbiq edərək qurğu sahiblərinin hesablarını qorumaq üçün yeni cəhd göstərir. Bundan əvvəl tərtibatçılar istifadəçilərə hesabda şübhəli aktivlik haqda xəbərdarlığı elektron poçt vasitəsilə göndərirdilər, ancaq belə yanaşma mükəmməllikdən uzaqdır: hesaba müdaxilə etmiş haker asanlıqla "Gmail" poçt sisteminə də giriş edə bilər. Yeni sistemin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçi öz hesabında baş verənlər haqda real vaxt rejimində xəbərdar olur.

"ICTnews" Elektron Xəbər Xidməti http://4pda.ru saytına istinadən xəbər verir ki, kimsə başqa qurğu və ya başqa brauzerdən hesaba daxil olan kimi yeni bildiriş sistemi işə düşəcək. Tərtibatçılar tərəfindən keçirilmiş araşdırmaya əsasən, istifadəçilər "Push" xəbərdarlıqlara 4 dəfə daha çox diqqət yetirir.
"Google" şirkəti, həmçinin xatırladır ki, "Android" sistemi ilə işləyən qurğuların sahibləri "Recent Account Activity" funksiyası hesablarından xəbərsiz istifadə edilməsini öyrənə biləcək. Sözügedən funksiya qarşıdakı iki həftə ərzində əlçatan olacaq.

Emil Hüseynov




Baxış sayı: 487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024