12px13px15px17px
Tarix:03/08/16

Çində avtobus-tunel sınaqdan keçirilib (VİDEO)

Çində gələcəyin avtobusunun ilk sınağı keçirilib. Qeyri-adi nəqliyyat vasitəsi sərnişinləri yolla deyil, yolun üstündən daşınmasına imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti dni.ru saytına istinadən xəbər verir ki, Xubey Şərqi Çin əyalətində “TEB-1” adlı tunel rolunu oynayan avtobusun sınağı müvəffəqiyyətlə keçib. Sözügedən nəqliyyat vasitəsinin uzunluğu 22 metr, eni 7.8 metr və hündürlüyü 4.8 metrdir.

Avtobus 300-dək sərnişin daşımaq qabiliyyətinə malikdir. Amma yeni avtobusun özəlliyi ondadır ki, yolla deyil, xüsusi relslərin köməyi ilə yolun üstü ilə hərəkət edir. Beləliklə, adi avtomobillər üçün yol zolağı boş saxlanılır.

Ekspertlər “TEB-1” avtobusunun sınağı zamanı onun enerji sərfiyyatını, əyləc sisteminin iş qabiliyyətini yoxlayıblar. Avtobus-portal ilk dəfə 2016-cı ilin mayında Pekində keçirilmiş beynəlxalq sərgidə nümayiş etdirilib. Artıq Braziliya, Fransa, Hindistan və İndoneziya qeyri-adi nəqliyyat vasitəsi ilə maraqlanıb.

Emil Hüseynov






Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024