12px13px15px17px
Tarix:04/08/16

“Windows 10” əməliyyat sistemində 20 illik boşluq aşkar edilib

Təhlükəsizlik məsələləri üzrə ekspertlər "Windows 10 Anniversary Update" adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir.

"ICTnews" Elektron Xəbər Xidməti mail.ru saytına istinadən xəbər verir ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən "Server Message Block" ("SMB") şəbəkə protokolunda boşluq qeydə alınıb. Sözügedən boşluq hakerlərin sistemə müdaxilə etməsinə, "Microsoft" hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir.

Əvvəllər sözügedən boşluğa ciddi əhəmiyyət verilmirdi. İndi daha çox insan "Microsoft" hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir. Ekspertlər məlumat veriblər ki, "Chrome", "Firefox" və digər populyar brauzerlər bu problemdən sığortalanıb.

Emil Hüseynov




Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024