12px13px15px17px
Tarix:23/09/11

“Apple” şirkətinin planşet bazarındakı hökmranlığı yaxın illərdə də davam edəcək

“Gartner” şirkəti planşet kompyuter bazarı üzrə 2015-ci ilə qədər olan proqnozunu təqdim edib.

İlkin hesablamalara əsasən, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq. Əgər bu proqnoz düz olsa, o zaman 2010-cu illə müqayisədə artım 261,4% təşkil edəcək.

“Gartner” analitik şirkəti hesab edir ki, 2012-ci ildə planşet tədarükləri 100 milyonu ötəcək və onilliyin ortalarında 326 milyona çata bilər.

“iPad” mini-kompyuterləri daha çox tələb olunandır. Hesablamalara əsasən, cari il “Apple” şirkətinin planşet bazarındakı payı 73,4% təşkil edəcək.

Qeyd edək ki, keçən il bu göstərici 83. 67%-ə qədər, 2015-ci ildə isə 45,6%-ə qədər azalacaq. Bununla belə "Aypad"lar öz sinfində ən çox satılan qurğu kimi qalacaqlar.

Cari ilin nəticəsinə əsasən “Android” planşetlərin payı 17,3% təşkil edəcək, analitiklər belə hesab edirlər. 2012-ci ildə 22,1%-ə və onilliyin ortalarında 35,7%-ə qədər artım gözlənilir.

“Gartner” qeyd edib ki, “Microsoft” əməliyyat sistemləri media planşetlərdə hal-hazırda praktik olaraq istifadə olunmurlar. Lakin 2015-ci ildə “Windows” planşetlərin payı 11%-ə çatacaq.



Baxış sayı: 1465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024