12px13px15px17px
Tarix:10/08/16

Qlobal informasiya təhlükəsizliyi xərcləri yüksəlib

2016-cı ildə qlobal informasiya təhlükəsizliyi xərcləri 81.6 milyard dollara yaxınlaşacaq. “Gartner” şirkətinin proqnozuna görə, bu, 2015-ci illə müqayisədə 7.9% daha çoxdur.

“İCTnews” Elektron Xəbər Xidməti cnews.ru saytına istinadən xəbər verir ki, konsaltinq və İT autsorsinq kimi sahələrə daha çox vəsait xərclənir. 2020-ci ilin sonunadək təhlükəsizliyin yoxlanılması, İT autsorsinq və informasiya itkisinə qarşı müdafiə (“Data Loss Prevention” – “DLP”) həlləri üzrə istiqamətlər daha yüksək artım tempi nümayiş etdirəcək.

"Təşkilatlar insidentləri aşkar edən və ona reaksiya verən həllərə daha çox önəm verməyə başlayıblar, çünki önləyici yanaşma zərərli hücumların bloklanmasında gözlənilən nəticə vermir – “Gartner” şirkətinin baş tədqiqatçısı Elizabet Kim deyib. Biz sifarişçilərə balanslaşdırılmış sistem yaratmaq üçün həm o, həm də bu həldən istifadə etməyi tövsiyə edirik".

Tədqiqatçılar hesab edir ki, informasiya təhlükəsizliyi xərcləri artmağa davam edəcək. Müxtəlif qiymətləndirmələrə görə, 2020-ci ilin sonunadək sözügedən bazarın həcmi 170 milyon dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024