12px13px15px17px
Tarix:12/08/16

Yeni proqramlaşdırma dili yaradılıb

Massaçusets Texnologiya İnstitutunda çalışan beynəlxalq mütəxəssislər komandası tərəfindən yaradılmış “Simit” dili fiziki proseslərin kompleks modelləşdirməsi üçün yüksək səviyyəli və aşağı səviyyəli təsvir arasında sürətli keçidə imkan verir. Bu proqramlaşdırma dilinin sayəsində tədqiqatçılar kodun miqdarını 90% azalda və eyni zamanda simulyasiyaların modelləşdirilməsi effektivliyini 200 dəfə yüksəldə bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, müasir elmdə kompüter simulyasiyalarının modelləşdirilməsi olmadan hər hansı bir iş görmək çətindir. Məsələn, alimlər yüksək yüklənmə zamanı təyyarənin qanadında çatın yaranması səbəblərini öyrənmək istəyirlər və bunun üçün müvafiq proqramı yazırlar, daha sonra virtual qanadı müxtəlif vəziyyətlərdə sınaqdan keçirir və müvafiq qanunauyğunluq aşkar edirlər. Nəticədə gələcəkdə dəhşətli təyyarə qəzalarından xilas olmaq mümkün olur. Hazırda mövcud olan proqramlaşdırma dilləri bu istiqamətdə tədqiqatlar üçün səmərəsizdir.

“Simit” proqramlaşdırma dilinin əsas özəlliyi alqoritmlərin yüksək səviyyəli təsvirinin avtomatik aşağı səviyyəli təsvirə və ya əksinə keçididir.

“Simit” dilindən istifadə nəticəsində kodun miqdarı dəfələrlə azalır. Proqramçılar eyni alqoritmi məşhur proqramlaşdırma dillərində, həmçinin “Simit” dilində yazıblar. Kodun miqdarı bütün əvvəlki versiyaların 10%-ni təşkil edib. Yeni proqramlaşdırma dilindən kompüter təlimi, robot düzəltmə, məlumatların təhlili və müasir elmin bir sıra başqa istiqamətlərində istifadə etmək planlaşdırılır.

Emil Hüseynov




Baxış sayı: 254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa