12px13px15px17px
Tarix:13/06/11

İcra hakimiyyətləri də elektron müraciətlər qəbul etməyə başladı

İcra hakimiyyətləri də elektron müraciətlər qəbul etməyə başlayıb. Bu istiqamətdə ilk addım Yevlax şəhər İcra Hakimiyyətindən gəlib. Belə ki, Yevlaxda vətəndaşların elektron müraciətlərinin cavablandırılmasına başlanılıb. Şəhər İcra Hakimiyyətindən İCTnews-ə bildirilib ki, veb sayta daxil olan vətəndaşlar ümumi məlumatlandırmaqla yanaşı, elektron müraciətlər də edə bilərlər.
“İcra Hakimiyyətinin yeni prinsipi informasiya texnologiyalarından istifadə etməklə öz idarəçilik üsullarını təkmilləşdirərək əhali ilə əlaqələrini gücləndirmək, onlara daha yaxın olmaq, elektron idarəçilik sisteminin əsasını qoymaqdan ibarətdir” - deyə İcra Hakimiyyətindən bildiriblər.
İndi rayonun istənilən sakini dünyanın istənilən nöqtəsindən İcra Hakimiyyətinə gəlmək üçün vaxt və vəsait sərf etmədən, süründürməçiliyə məruz qalmadan saytda verilən elektron ünvanlara müraciət edərək öz problemlərinin həllinə dair operativ cavab ala bilər.
Qeyd edək ki, Yevlax rayon Rabitə şəbəkəsi 2005-ci ildə tamamilə elektronlaşdırılıb.



Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024