12px13px15px17px
Tarix:16/08/16

Külək vasitəsilə smartfonları enerji ilə dolduran qurğu nümayiş olunub

Mobil cihazları enerji ilə doldurmaq üçün günəş enerjisindən istifadə edən enerjidoldurma qurğuları telefonların avtonom iş müddətini artırmaq üçün əla üsuldur. Ancaq sözügedən elektrik enerjisi mənbəyi günün vaxtından və günəş işığının intensivliyindən çox asılıdır. Buna görə dizayner Nils Ferber tərəfindən mobil qurğular üçün hazırlanmış yeni enerji mənbəyi elektrik enerjisinin hasili üçün küləkdən istifadə edir.

"ICTnews" Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, dizayner uzun müddət külək enerjisindən elektrik enerjisi hasili üzrə ən səmərəli alət yaratmağa imkan verən müxtəlif qurğu və komponentləri araşdırıb.

Elektrik enerjisinin hasili üçün külək enerjisindən istifadə edən açılıb-bağlanan turbin "Micro Wind" adlanır. Dizayner belə qurğuların bazarda mövcudluğunu inkar etmir, ancaq onun sözlərinə görə, heç bir sistem belə ölçü, həmçinin sadəlik, yığcamlıq və effektivliyə malik deyil.

Yeni enerji mənbəyi qurğusunun çəkisi 1 kq-dan azdır. Bir neçə komponentdən ibarət olan sadə sistem bir neçə saniyə ərzində qurula bilər. "Micro Wind" turbinin əsas özəlliyi gecə-gündüz işləyə bilmək imkanıdır.

Aydındır ki, çıxış gücü küləyin sürətindən asılıdır və istehsalçı bildirib ki, küləyin sürəti 18 km/saat olduqda turbin 5 vatt daimi çıxış gücü əldə edir.

Dizayner öz qurğusunu təkmilləşdirdikdən sonra bazara çıxarmağı planlaşdırır.

Emil Hüseynov




Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın