12px13px15px17px
Tarix:23/09/11

“Ən yaxşı montyor, kabel lehimləyicisi və kross işçisi” müəyyənləşib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr edilən peşə işçilərinin yarışması davam edir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ən yaxşı montyor, ən yaxşı kabel lehimləyicisi və ən yaxşı kross işçisi üzrə qaliblər müəyyənləşib.

Belə ki, ən yaxşı kross işçisi 1-ci yer Sabunçu TQ, 2-ci yer Yasamal TQ, Xətt montyoru nominasiyası üzrə 1-ci yer Qaradağ TQ, 2-ci yer Nizami TQ, Kabel calayıcısı nominasiyası üzrə 1-ci yer Xətai TQ, 2-ci yer Yasamal TQ, Optik kabel calayıcısı nominasiyası üzrə 1-ci və 2-ci yerləri Bakı Kabel Qovşağının əməkdaşları tutub.

Qeyd edək ki, Naxçıvan MR üzrə də peşə müsabiqəsi keçirilib. Respublika üzrə qaliblər Naxçıvan MR RİTN, “Aztelekom”İB və BTRİB üzrə birincilər arasında keçiriləcək yarışmanın nəticəsinə görə müəyyənləşəcək.



Baxış sayı: 1614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020