12px13px15px17px
Tarix:17/08/16

Xərçəng şişini məhv edən nanorobotlar yaradılıb

Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər. Onlar qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.

“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, alimlərin tədqiqat işindən bəhs edən "Magneto-aerotactic bacteria deliver drug-containing nanoliposomes to tumour hypoxic regions" adlı məqalə “Nature Nanotechnology” jurnalında dərc edilib. Məqalədə siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir. Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.

Emil Hüseynov




Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024