12px13px15px17px
Tarix:22/08/16

ABŞ domen adları üzərində nəzarətdən məhrum olacaq

ABŞ hakimiyyəti internet infrastrukturunun əsas komponenti üzərində nəzarət səlahiyyətindən imtinaya dair qərar verib. Söhbət rəqəmlərdən ibarət IP ünvanlarını yaddaqalan domen adına çevirən qlobal domen adları sistemindən ("DNS"-"Domain Name System") gedir.

"ICTnews" Elektron Xəbər Xidməti vesti.ru saytına istinadən yazır ki, "DNS" olmadan istifadəçilər, məsələn, "vesti.ru" saytına giriş üçün brauzerin ünvan sətrinə 80.247.32.206 IP ünvanını daxil etməlidir. IP ünvan və domen adları üzrə məsələlərin tənzimlənməsi ilə 1998-ci ildə təsis edilmiş "ICANN" qeyri-kommersiya təşkilatı məşğul olur.

"ICAAN" yarandığı gündən istənilən mübahisəli məsələlərin həllində son söz sahibi olan ABŞ Ticarət Nazirliyinin bölməsi Milli Telekommunikasiya və İnformasiya Administrasiyası ("NTIA") tərəfindən idarə olunub.

Ekspertlərdən biri deyib ki, ABŞ hakimiyyəti 1 oktyabr 2016-cı il tarixində "ICANN" üzərində olan səlahiyyətlərindən imtina edəcək. Təşkilatın mənzil-qərargahı Los-Ancelesdə qalacaq, ancaq ABŞ hökuməti "NTIA" vasitəsilə internet ünvanlarla bağlı məsələlərə daha müdaxilə edə bilməyəcək.
Adi istifadəçilər heç bir fərq hiss etməyəcək, çünki "ICANN" təşkilatı "DNS"i idarəetmə funksiyasına malikdir. Amma yeni struktur bütün maraqlı tərəflərin (hökumətlər, biznes və beynəlxalq internet cəmiyyətinin başqa üzvləri) rəyini nəzərə alacaq.

Bu qərarın əleyhinə olan tənqidçilər bildiriblər ki, "ICANN" üzərində nəzarətdən imtina edilməsi xarici dövlətlərin əl-qolunu açacaq, nəticədə onlar senzura tətbiq edə və öz ərazisində istənilən sayta girişi məhdudlaşdıra biləcəklər.

Emil Hüseynov




Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024