12px13px15px17px
Tarix:24/08/16

“Wi-Fi” şəbəkəsinin sürəti 10 dəfə artırılacaq

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndislərinin “Wi-Fi” şəbəkəsinin idarəetməsi üzrə icad etdikləri yeni üsul böyük tədbirlərdə internetin təmini ilə bağlı problemləri aradan qaldırmağa kömək edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “MegaMIMO 2.0” adlanan yeni alqoritmlər siqnalı elə emal edəcəklər ki, çoxlu marşrutlayıcılar siqnalı bir kanaldan istifadə etməklə göndərə bilsinlər. Keçirilən sınaq tədqiqatlarında bağlantı sürətinin ənənəvi texnikalarla müqayisədə üç dəfədən çox artımına nail olunub.
 
“MegaMIMO 2.0” adı bu gün simsiz rabitə kanallarının buraxılış qabiliyyətini artırmaq üçün hər yerdə istifadə edilən “MIMO” (Multiple Input Multiple Output) siqnal kodlaşdırılması metodundan götürülüb.
 
Texnologiya müəlliflərindən biri Əfzələddin Hüseyn Həmidin sözlərinə görə, yeni alqoritmlər bağlantı sürətini 10 dəfə artırmaq (marşrutlayıcıların sayını artırmaqla) potensialına malikdir.
 
Yeni texnologiya hələ ki stadion və konsert meydançalarında sınaqdan keçirilməyib. Bunun əvəzinə isə mühəndislər insanların böyük tədbirlərdə xaotik hərəkətlərini imitasiya etmək üçün “Roomba” robot tozsoranlarında noutbuklar quraşdırıblar. Tozsoranlar noutbukları bütün istiqamətlərdə hərəkət etdirən zaman onlar bir neçə marşrutlayıcının payladığı “Wi-Fi” vasitəsilə bir-biri və digər qurğularla məlumat mübadiləsi ediblər.
 
 
Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın həyata keçməsi üçün uzun müddət tələb olunur. Hazırda mühəndislər şirkət yaradaraq öz ideyalarını yaxın illərdə kommersiyalaşdırmağa ümid edirlər.
 
Nizam Nuriyev




Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024