12px13px15px17px
Tarix:25/08/16

İnsan sifəti plastik kartları əvəz edəcək

Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq. Yaponiyanın “Sumitomo Mitsui Financial Group” (“SMFG”) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır.  2017-ci ilə planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə partnyorları iştirak edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.
 
Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər.
 
Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.
 
Emil Hüseynov




Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024