12px13px15px17px
Tarix:24/09/11

Regionlar üzrə də ən yaxşılar bəlli oldu

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr edilən peşə işçilərinin yarışması davam edir.

”Aztelekom”İB-nin “ən yaxşı montyor”, “ən yaxşı kabel lehimləyicisi” və “ən yaxşı kross işçisi” nominasiyası üzrə keçirdiyi yarışmanın regionlar üzrə qalibləri bəllidir.

Birlik respublika üzrə keçiriləcək yarışmanın qaliblərini müəyyənləşdirmək üçün regionlar üzrə qaliblər arasında yarış təşkil edəcək.

Qeyd edək ki, respublika üzrə qaliblər Naxçıvan MR RİTN, “Aztelekom”İB və BTRİB üzrə birincilər arasında keçiriləcək yarışmanın nəticəsinə görə müəyyənləşəcək. Qaliblərə pul mükafatları və fəxri diplomlar veriləcək.



Baxış sayı: 1200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024