12px13px15px17px
Tarix:29/08/16

“3D” printerdə çap edilmiş obyektlər öz ilkin formasını yadda saxlayacaq

Massaçusets Texnologiya İnstitutunun alimləri hazırda müəyyən temperaturda öz formasını dəyişdirmək qabiliyyətinə malik kiçik obyektlərin yaradılması üçün nəzərdə tutulmuş yeni üçölçülü çap texnologiyası üzərində işləyir. Yüksək temperaturda bu üsulla çap edilmiş obyektləri sıxaraq onların həcmini üç dəfə azaltmaq mümkündür. Sonra obyekt öz ilkin formasını alacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni texnologiya insan saçı qalınlığında strukturlar çap etməyə imkan verir. Belə miniatür əşyaları hazırlamaq olduqca çətindir. İstehsalçılar komandası yeni texnologiyadan öz formasını dəyişdirmək qabiliyyətinə malik biotibb qurğuları və günəş batareyalarının çapında istifadə etməyi planlaşdırır. Həmçinin yeni texnologiya aerokosmik komponentlərin istehsalında tətbiq edilə bilər.

Alimlər gələcəkdə sözügedən texnologiyanın tibb sahəsində istifadəsini planlaşdırır. Belə ki, dərmanla təchiz edilmiş damar bədənin temperaturuna reaksiya verə biləcək və zərurət olduqda xəstəlik nəticəsində zəifləmiş orqanizmi dərman preparatı ilə təchiz edəcək.

Emil Hüseynov




Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024