12px13px15px17px
Tarix:29/08/16

Alimlər dünyada ən sürətli fləş kartlar yaradıb

Novosibirsk alimləri tərəfindən hazırlanan daşınabilən daşıyıcılar mövcud fləş kartlardan dəfələrlə sürətli olacaq. Belə ki, Rjanov adına Yarımkeçiricilər Fizika İnstitutunun əməkdaşları multiqrafen əsasında innovativ fləş kartlar hazırlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki,1 atom qalınlığında olan qrafen texnologiyanın ən müxtəlif sahələrində, həmçinin informasiyanın saxlanmasında tətbiq edilə bilər. Bir ədəd yaddaş çipi çərçivəsində qrafenin bir neçə qatının birləşdirilməsi məlumatların yüksək sıxlıqla yazılmasına nail olmağa imkan verir ki, bu da məlumatlara istifadənin yüksək sürətini təmin etmir.

Novosibirsk alimləri hesab edirlər ki, multiqrafen gələcəyin fləş kartları üçün mükəmməl əsasdır. Ancaq belə informasiya daşıyıcılarının istehsalı hələ ki planlaşdırılmır, çünki indi alimlər fundamental tədqiqat işləri ilə məşğuldur.

Emil Hüseynov




Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024