12px13px15px17px
Tarix:31/08/16

Məlumatların silinməsi üçün alət proqnozlaşdırma modelini yaxşılaşdırmağa kömək edəcək

ABŞ-ın Kolumbiya və Kaliforniya universitetlərinin tədqiqatçıları iritutumlu informasiya paketlərinin silinməsi üçün interaktiv sistem hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, belə strukturlarda səhv məlumatlar çox olur ki, bu da maliyyə, səhiyyə və digər sahələrdə istifadə edilən qeyri-dəqiq proqnozlaşdırma modellərinin yaradılmasına səbəb olur. Kolumbiya və Kaliforniya universitetlərinin proqramçıları məlumatların silinməsi üzrə yeni alətlə məhz bu problemi həll etməyə çalışıblar. “ActiveClean” adlanan sistem proqnozlaşdırma modellərini təhlil edir və ilk növbədə hansı səhvləri redaktə etməklə bağlı qərar qəbul edərək onu iş prosesində yeniləyir. İstifadəçi hər dövrədə təkmilləşmənin şahidi olur.

Alimlər qrupu layihəni sentyabrın 7-də Nyu-Dehlidə keçiriləcək iritutumlu məlumatlar bazası məsələləri üzrə konfransda təqdim etməyi planlaşdırır. Bu gün oxşar strukturlar “Trifacta”, “Google Refine” kimi proqramlar və ya konkret tapşırıqlar yerinə yetirən xüsusi alqoritmlər vasitəsilə birləşdirilir və əllə redaktə edilir. Fəaliyyəti ehtimallara əsaslanan analitiklər prosesə iş vaxtlarının 80 faizini sərf edir.

“ActiveClean” ən vacib mərhələlərdə insan amilini istisna etməklə belə problemləri minimuma endirməyə çalışır. Kompüter təlimindən istifadə edən alət hansı tip səhvlərin ona daha çox ziyan vuracağını anlamaq üçün modelin strukturunu analiz edir. İlk növbədə bu informasiyanı emal edən proqram onun prioritetliyini azaldır və istifadəçinin öz modelinə əmin olması üçün lazım olan qədər məlumatı silir. Müəlliflər proqramı internetə pulsuz yükləmək üçün yerləşdiriblər.

Nizam Nuriyev




Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024