12px13px15px17px
Tarix:01/09/16

Dünyanın ən nazik noutbuku təqdim edilib

“Acer” şirkəti Berlində keçirilən “IFA” konfransında 9,98 mm qalınlığında dünyanın ən nazik “Acer Swift 7” noutbuk modelini təqdim edib. İndiyədək dünyanın ən nazik noutbuku qalınlığı 10,4 mm-ə bərabər “HP Spectre” hesab edilib. “Swift 7” hazırda bazarda qalınlığı 1 sm az ilk noutbukdur.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, korpusu və qapağı bütöv alüminium təbəqəsindən düzəldilən qurğu 13 düymlük "Full HD” displey, yeddinci nəsil “Intel Core i5” prosessoru və 256 qiqabayt tutumlu bərk cisimli toplayıcı ilə təchiz edilib. Operativ yaddaşın həcmi qiqabayt təşkil edir. Həmçinin “Wi-Fi 802.11ac” adapteri “MU-MIMO” texnologiyasını dəstəkləyir və 2x2 konfiqurasiyasında işləyə bilir. Sistemin çəkisi 1,1 kq təşkil edir.

“Swift 7” noutbuku “Swift 5”, “Swift 3” və “Swift 1” modellər sırasında liderdir. Onların heç birinin qalınlığı və çəkisi “Swift 7” ilə müqayisə edilə bilməz. Məsələ ondadır ki, bu sistemlərin hamısı 14 düymlük matrisa ilə komplektləşdirilir.

“Acer Swift 7” noutbukunun EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) satışına bu ilin oktyabrında başlanılacağı gözlənilir. Qurğunun baza komplektliyində qiyməti 1299 avroya bərabər olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024