12px13px15px17px
Tarix:02/09/16

Stenford alimləri daxili kondisionerə malik köynək yaradıblar

Stenford Universitetinin alimləri tərəfindən plastikdən hazırlanmış parça günəş işığı və istiliyi tamamilə əks etdirir və eyni zamanda bədənin istiliyini özündə saxlamır. Bu parça rahat yay köynəklərinin hazırlanmasında istifadə edilə bilər.

“Biz ofisdə stulda oturarkən belə bədənimizin istiliyinin 40-60%-i infraqırmızı şüa şəklində ətrafa yayılır. İndiyə kimi heç kim parçaların bu istiliklə qarşılıqlı əlaqəsini araşdırmayıb" – Stenford Universitetinin alimi Şanxuey Fan deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən hazırlanmış inqilabi parça pambıq parçadan hazırlanmış geyimlə müqayisədə insanın özünü 4 selsi dərəcə soyuq hiss etməsinə imkan verir.

Alimlərin sözlərinə görə, yeni parça insanın bədəni tərəfindən ayrılan istiliyin 90%-ni ətrafa yayır və günəş şüalarını udmur. Bu o deməkdir ki, belə parçadan hazırlanmış futbolka geyinmiş insan özünü daha sərin hiss edəcək.

Emil Hüseynov




Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024