12px13px15px17px
Tarix:03/09/16

Tərtibatçılar üçün virtual reallıq eynəyi təqdim olunub

"Qualcomm" şirkəti Berlində keçirilən "IFA 2016" sərgisinin açılışına həsr edilən mətbuat konfransında virtual reallıq qurğuları və onların proqram və kontent istehsalçıları üçün nəzərdə tutulan "Snapdragon VR820" virtual reallıq eynəyini təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Qualcomm" texnologiyalarından kənar istehsalçıların istifadəsi virtual reallıq qurğularının qiymətinin azalmasına səbəb ola bilər.

"Qualcomm Snapdragon VR820" eynəyi görünüşünə görə bazarda təqdim edilən əksər oxşar qurğuları xatırladır. Onlar qabaqcıl "Snapdragon 820" mobil prosessoru ilə işləyir və kompüterə qoşulmur və ya smartfondan istifadə etmirlər. Qurğu 1440*1440 pikselli iki "AMOLED" displey ilə təchiz edilib.

Həmçinin eynək iki kamera ilə gözün hərəkətini izləyən sistemə və istifadəçinin hərəkətlərini və onun virtual obyektlərlə əlaqəsini izləyən iki kənar kameraya malikdir. Bundan başqa, "Qualcomm Snapdragon VR820" 4 mikrofon, giroskop, akselerometr və maqnitometr ilə təchiz edilib.

Şirkətin planına görə, tərtibatçılar "Snapdragon VR820" eynəyini bu ilin dördüncü rübündə əldə edə biləcəklər. Eynəyin əsasında ilk məhsulların bazara bir müddət sonra çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024