12px13px15px17px
Tarix:13/06/11

Mobil operatorlar GSMA şəbəkələrinə 100 milyard dollar ayırıblar

Yüksəksürətli mobil internetə tələbatın durmadan artması telekom operatorlarının şəbəkələrinin sürətini yüksəltməyə vadar edir. Bunun üçün dünyada 100 milyard dollar ayırıblar. Bu vəsait 5 il ərzində şəbəkələrin təkmilləşdirilməsi üçün xərclənəcək. Yəni ayrılan vəsait yüksəksürətli giriş paketinin, 3G mobil genişzolaqlı şəbəkənin təmin edilməsinə yönəldiləcək.
Proqnozlara görə, bu il iyun ayının sonunadək dünya üzrə bütün mobil operatorların təqdim etdiyi 500 milyon istifadəçi HSPA şəbəkələrinə qoşulacaq. Hesablamalara görə, hər ay 19 milyon yeni istifadəçi HSPA şəbəkələrinə qoşulur və 2012–ci ilin axırınadək HSPA şəbəkələri 1 milyard istifadəçini əhatə edəcək.
”Ericsson” şirkətinin verdiyi məlumata görə, smartfon telefonların internet trafiki adı mobil telefonlarınkından 10 qat yüksəkdir.
Fərdi kompyuterlərin internet trafiki isə smartfonlarınkından 100 qat yüksəkdir.
“Gartner Inc.” şirkəti hesab edir ki, 2010-cu ilə nisbətən 2011-ci ildə smartfonların satışı 58% artacaq və 468 milyona çatacaq.



Baxış sayı: 1472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024