12px13px15px17px
Tarix:06/09/16

Bank müştəriləri “selfie” vasitəsilə tanınacaqlar

Böyük Britaniyanın "HSBC" bankı biznes müştərilər üçün "selfie" vasitəsilə yeni təsdiqetmə üsulu tətbiq edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, artıq neçə illərdir banklar istifadəçilərin təsdiqi vasitəsi kimi parol və PİN-kodlar üçün alternativ tapmağa çalışırlar. Statistikaya görə, tranzaksiyaların yalnız 0,1 faizi sındırılmış kredit kartları ilə həyata keçirilir, lakin pul ifadəsində itkilər milyonlarla ölçülür. Belə ki, 2007-ci ildə Britaniyada fırıldaqçılıq əməliyyatlarından ziyan 535 milyon funt-sterlinq həcmində qiymətləndirilib. Buna görə də, daha etibarlı təsdiqetmə üsulları aşkar etmək üçün banklar istifadəçilərin biometrik məlumatları və ya onların səsli təsdiqetmələri ilə sınaqlar keçirirlər. Məsələn, "Barclay" bankı "Hitachi" şirkəti ilə əməkdaşlıqda istifadəçinin barmaq izlərini oxuyan və tanıyan biometrik skaner yaradıb. Barmaq izini skan etməklə bank müştərisi "şəxsi kabinet"ə daxil ola və ödənişi təsdiq edə bilər.

"HSBC" bankının yeni mobil əlavəsində biznes müştəriləri öz şəxsiyyətlərini "selfie" vasitəsilə təsdiq etmək imkanına malikdirlər. Yeni hesab açmaq üçün istifadəçinin anfas şəkil çəkdirməsi kifayət edir. Bank nümayəndəsinin fikrincə, "selfie" üstün təsdiqetmə üsulu olacaq, çünki müştərilərin hesab açmaq üçün banka gəlmələrinə ehtiyac qalmayacaq. Hazırda xidmətdən yalnız Britaniya banklarının müştəriləri yararlana bilər.

Nizam Nuriyev 




Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024