12px13px15px17px
Tarix:06/09/16

“iPhone” istifadəçilərinin yarısı yeni “iPhone 7” smartfonu alacaq

“iPhone” istifadəçilərinin yarısı yenilənmiş modelin çıxması ilə yeni qurğudan istifadəyə keçməyi planlaşdırır. Bu barədə 1014 “Apple” istifadəçisi arasında sorğu keçirən “Insurance2GO” sığorta şirkətinin hesabatında məlumat verilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, rəyi soruşulanların 50 faizi bu il öz köhnə "iPhone”nu sentyabrda satışa çıxarılacaq “iPhone 7” modeli ilə əvəz etmək niyyətindədir. Həmçinin “Apple” istifadəçilərinin 19 faizi qurğularını Cənubi Koreyanın “Samsung” şirkətinin telefonlarına dəyişdirəcək, respondentlərin təxminən 8 faizi isə digər istehsalçının smartfonunu almağı düşünür.
 
Rəyi soruşulanların əksəriyyəti bu il istifadə etdiyi qurğunu yeniləmək istəsə də, 23 faizi hələlik köhnə qurğudan istifadə edəcək. Onların çoxu maliyyə çətinlikləri ilə əlaqədar yeni telefon ala bilmir. İstifadəçilərin bəziləri əmindir ki, onların hazırkı qurğularının texniki xüsusiyyətləri tələbata tam uyğundur və onu yeniləməyə ehtiyac yoxdur.
 
Nizam Nuriyev 




Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024