12px13px15px17px
Tarix:07/09/16

«Apple» şirkəti «iPhone 7» smartfonunu təqdim edib

Bu gün «Apple» korporasiyası San-Fransiskoda keçirilmiş təqdimat çərçivəsində «iPhone 7» və «iPhone 7 Plus» smartfonlarını təqdim edib.

Yeni «iPhone» smartfonları su və toz keçirməzdir. «Home» düyməsindən imtina edilib.

«iPhone 7» 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçiminə malikdir. 7 meqapiksellik ön kamera «HD» formatında şəkillər çəkəcək. «iPhone 7 Plus» qurğusu iki kamera - biri telefoto (bu, uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv), ikincisi isə genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, on qat optik zuma malikdir.





İlk dəfə olaraq «iPhone» smartfonları stereodinamiklərlə təchiz edilib.


 



Yeni qurğuda qulaqlıqlar üçün audio konnektor yoxdur, onu «Lightning» port əvəz edib. «AirPods» adlı simsiz qulaqlıqlar hazırlanıb. Beləliklə, biz əsl simsiz gələcəyə olan yolun başlanğıcındayıq.



«iPhone 7» və «iPhone 7 Plus» smartfonları dördnüvəli 64 bitlik «A10 Fusion» prosessoru ilə təchiz ediliblər. Yeni prosessor əvvəlkindən 40%, birincidən isə 120 dəfə sürətlidir. «iPhone 7» dünyada ən sürətli smartfondur.



Aparatın qrafikası «iPhone 6» ilə müqayisədə 3 dəfə, «6s» ilə müqayisədə isə 50% sürətləndirilib. «Iphone» smartfonları tarixində ilk dəfə ən uzuzmüddətli işləyən batareya ilə təchiz ediliblər.

«iPhone 7» modelinin başlanğıc qiyməti 649 dollar, «iPhone 7 Plus»da isə 769 dollardır. 16 sentyabr tarixindən satışlara başlanılacaq.




Baxış sayı: 2302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024