12px13px15px17px
Tarix:08/09/16

Yeni kontroller “ağıllı” qurğuların idarəetməsinə yenilik gətirəcək

"Spin Remote" şirkəti eyni anda bir neçə qurğunun distansiyalı idarəetməsini asanlaşdıracaq universal "Spin Remote SDC-1" qurğusu hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, qurğu mexaniki düymələrlə təchiz edilməsə də, istifadəçilərə "ağıllı" qurğuların idarəetməsində yeni üsul təqdim edən geniş spektr imkan və funksiyalara malikdir. Qurğunun hamar günbəzşəkilli forması istənilən qurğunu xüsusi ahənglə idarə etməyə imkan verir.

Sadə toxunuşla aktivləşən "Spin Remote SDC-1" müəyyən səthin üzərində və ya havada olduqda istifadə oluna bilər. Kontrollerdə quraşdırılan ötürücülər istifadəçi jestləri və hərəkətlərinin emalı üçün nəzərdə tutulub. Qurğu çoxlu hərəkətləri və onların kombinasiyalarını qəbul edir ki, bu da onu istənilən cihazın idarəetməsinə uyğun qurmağa imkan verir. Həmçinin "Bluetooth" və ya "Wi-Fi" vasitəsilə müxtəlif mobil qurğularla bağlantı yaradan qurğu kontrolleri bir neçə istifadəçi ilə əlaqə yaratmaq üçün sazlamağa imkan verən bir neçə idarəetmə profili arasında dəyişə bilir.

Modullardan istifadə edən "Spin Remote SDC-1" kontrollerini televizor, işıqlandırma, musiqi mərkəzləri və digər çoxlu qurğuların idarəetməsi üçün sazlamaq olar. Smartfonlar üçün əlavə vasitəsilə qurğu istifadəçilərə müxtəlif cihazların idarəetməsini asanlaşdırmağa imkan verməklə müəyyən hərəkət və jestlər üçün müvafiq əməliyyatlar təyin edir.

Hazırda mütəxəssislər qrupu dəstəklənən qurğular spektrini genişləndirməklə məşğuldur. Distansiyalı kontrollerin qiyməti təxminən 110 dollardır.

Nizam Nuriyev






Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024