12px13px15px17px
Tarix:19/09/16

Yeni qurğu orqanizmin susuzluq səviyyəsini müəyyənləşdirəcək

“BSX Athletics” şirkəti biləyə taxılaraq orqanizminin susuzluq səviyyəsini dəqiqliklə müəyyənləşdirən “LVL” qurğusunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, sukeçirməz “LVL” qurğudan şüalanaraq istifadəçinin dərisindən keçən qısa infraqırmızı işıq şüalarından istifadə edir. İşığı analiz edərək geriyə dönən qurğu optik ötürücülər vasitəsilə qanın rəngində istifadəçinin tərləməsi nəticəsində nə qədər su itirməsini göstərən kiçik dəyişiklikləri aşkarlayır. Bu göstəricilər quruluq səviyyəsinə yaxınlaşan zaman “LVL” qurğusu istifadəçinin vəziyyəti düzəltmək üçün hansı həcmdə su içməsini göstərməklə ona xəbərdarlıq edir.

Bundan başqa, qurğu ürək döyüntüsünün azalması, yuxunun keyfiyyəti, istifadəçinin aktivliyi və sərf edilən kalorilərin miqdarı kimi parametrləri izləyə bilir.

İdarəetmə üçün rəngli sensorlu displeylə təchiz edilən “LVL” “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün əlavə vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşdırılır. Avtonom rejimdə istismar müddəti 4 gün təşkil edir, batareyanı enerji ilə doldurmaq üçün 2 saat tələb olunur.

Hazırda “BSX Athletics” şirkəti “Kickstarter” saytında qurğunun seriyalı istehsalına başlamaq üçün vəsait toplamaqla məşğuldur. Qurğunun ilkin sifariş qiyməti 119, pərakəndə satış qiyməti 199 dollar təşkil edəcək.

Nizam Nuriyev 




Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024