12px13px15px17px
Tarix:20/09/16

“Aztelekom” MMC-də “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə sentyabr ayının 21-i bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir. Bu əlamətdar gün münasibətilə hökumətlər, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda da hər il “Beynəlxalq Sülh Günü” ərəfəsində 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də  “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib.
 
 
Tədbirdə “Aztelekom” MMC-nin Hüquq şöbəsinin rəisi İmanqulu Əzizov "İnsan hüquqlarına hörmət və sülh mədəniyyətinin təbliği dinindən, irqindən asılı olmayaraq insanlar arasında xeyirxah əməkdaşlığın vasitəsi kimi"  mövzusunda məruzə ilə çıxış edib. İ.Əzizov məruzəsində bildirib ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi, demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesində ən mühüm amillərdəndir.
 
“Sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçmiş, beynəlxalq dövlətlər birliyinin tamhüquqlu üzvünə çevrilmişdir” – deyə məruzəçi qeyd edib.
 
İ.Əzizov son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlərin həyata keçirildiyini bildirib. “Bu tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi  dövlətimizin ali məqsədi kimi bəyan edilib. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür”.
 
Tədbir çərçivəsində məruzə ətrafında müzakirələr aparılıb. 




Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024