12px13px15px17px
Tarix:21/09/16

Dünyada 1 terabaytlıq ilk SD yaddaş kartı təqdim edilib

20-25 sentyabr tarixlərində Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.

"Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik" – “Stargate Studios” şirkətinin direktoru və Amerika Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson deyib.

Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Emil Hüseynov




Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024