12px13px15px17px
Tarix:21/09/16

“İnnovasiyaların təşviqi və startapların inkişafı” adlı seminar keçirilib

Mingəçevir Dövlət Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə "İnnovasiyaların təşviqi və startapların inkişafı" adlı seminar keçirilmişdir.
 
Tədbirdə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin,  Mingəçevir Gənclər Evinin, həmçinin "HTech İnvest" şirkətinin nümayəndələri  iştirak etmişdirlər.

Tədbirin əsas məqsədi Azərbaycanın bölgələrində startap hərəkatını formalaşdırmaq, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək vermək, innovasiyaların və texnologiyaların təşviqini genişləndirməkdir.

Qeyd edək ki, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilmişdir.

Layihələr xüsusi komissiya tərəfindən  qiymətləndiriləcək.  Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaq.

Bundan başqa, İnkubasiya Mərkəzində lazımi şəraitlə yanaşı, digər imkanlardan da yararlanmaq mümkün olacaq. Belə ki, layihə rəhbərləri mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.










Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024