12px13px15px17px
Tarix:22/09/16

“Microsoft” korporasiyasının süni intellekti xərçəng xəstəliyinin müalicəsində kömək edəcək

“Microsoft” korporasiyasının nümayəndələri əmindirlər ki, müəyyən alqoritmlər üzrə işləyən süni intellekt alimlərə xərçəng şişlərinin yaranma prinsipini daha yaxşı başa düşməyə kömək edəcək. Proqram nəhəngi tibbi işləri avtomatik emal edəcək sistemin hazırlanması ilə məşğuldur.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sistem toplanılmış  məlumatlar əsasında preparat və onların kombinasiyalarının tətbiqinin effektivliyini proqnozlaşdıracaq və nəticədə pasiyentlər üçün fərdi və daha effektiv kurs seçməyə imkan verəcək. “Microsoft” terapiyanın fərdiləşdirməsi proqramının keyfiyyətini yüksəltmək üçün “Knight Cancer” adlı onkologiya institutu ilə səylərini birləşdirib.

Proqramın yaradılması üzərində işləyən “Microsoft” komandası uzaq gələcək üçün planlar qurur: gələcəkdə süni intellektin köməyi ilə xərçəng və başqa xəstəliklərlə mübarizə üçün orqanizmin hüceyrələrini proqramlaşdırmaq planlaşdırılır.

Emil Hüseynov




Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024