12px13px15px17px
Tarix:23/09/16

Koreyalı mütəxəssislərlə “Elektron hökumət” sahəsində gələcək əməkdaşlıq müzakirə olunub

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Koreya Respublikasının Sangmyung Universitetin professoru Hung Kuk Parkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə koreyalı mütəxəssislərlə "Elektron hökumət" sahəsində gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.
 

Koreyanın Sangmyung Universitetinin mütəxəssislərdən ibarət nümayəndə heyəti digər ölkələrdəki uğurlu təcrübələrdən bəhs edərək, Azərbaycanda  yüksək texnologiyalar sektorunun inkişaf  vəziyyətini yüksək qiymətləndirib. Professor Hung Kuk Park, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişaf İndeksi" üzrə reytinqində 56-cı pillədə qərarlaşmasını bu inkişafın göstəricisi olduğunu bildirib.
 

Nümayəndə heyətinin rəhbəri ölkəmizlə sahə üzrə bütün istiqamətlərdə iş birliyinə hazır olduqlarını vurğulayıb. O, Koreyanın orta və kiçik şirkətlərinin bu əməkdaşlığa cəlb edilməsinin mümkünlüyünü də qeyd edib.
 

Ölkəmizdə sahə üzrə əldə olunan nailiyyətlərdən söz açan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

O, qonaqlarla "Elektron hökumət", "elektron imza" infrastrukuturu, elektron xidmətlərin inkişaf etdirilməsi və digər layihələrlə bağlı geniş fikir mübadiləsi aparıb.





Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda