12px13px15px17px
Tarix:29/09/16

“Facebook” və Dünya Bankı məlumatların toplanması və təhlili üçün birləşib

“Facebook” şirkəti bazarın vəziyyətini tez öyrənməyə imkan verəcək yeni məlumatların toplanması və təhlili üsulunun hazırlanması məqsədilə Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birləşib.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, sentyabrın 28-də hər üç təşkilat nümayəndələrinin səyi nəticəsində yeni bazar analitik texnologiyası istifadəyə verilib. Məlumatların toplanması üçün “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən təşkilatların səhifələrindən istifadə olunur.  

Məlumata görə, texnologiyaların sınaqlarına bu ilin fevralında başlanılıb, 22 ölkədən kiçik və orta biznesin 90 min nümayəndəsi 15 müxtəlif sorğu üzrə informasiya təqdim edib. Təşkilatların nümayəndələri sorğu vasitəsilə hansı amillərin kiçik sahibkarlığın inkişafına mane olmasını aydınlaşdırmağa çalışıblar. Əvvəllər bunun üçün çoxlu vaxt və pul, eləcə də bazar ekspertləri ilə görüşlərin keçirilməsi tələb olunub.   

“Facebook” sayəsində Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müxtəlif ölkələrdə iqtisadi vəziyyətlə bağlı ətraflı məlumat əldə edib.

 Nizam Nuriyev 




Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024