12px13px15px17px
Tarix:30/09/16

Avropol: “Kiberfırıldaqçılıq sürətlə inkişaf edir”

Avropa İttifaqının polis xidməti olan Avropol kiberhücumların sayında xeyli artım qeydə alıb.
Son məlumatlara əsasən, 2015-ci ildə Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi kiberfırıldaqçılığın aradan qaldırılması üzrə 131 uğurlu əməliyyat keçirib ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, yeni hesabata əsasən, hökumət kiberaraşdırmaya önəm verməli və fırıldaqçılar tərəfindən istifadə edilən alətləri daha yaxşı müəyyənləşdirməyi bacarmalıdır.

Polisin kiberfırıldaqçılarla kifayət qədər uğurlu mübarizə aparmasına baxmayaraq, sonuncular hüquq-mühafizə orqanları üçün əsl başağrısı yaradan yeni daha mürəkkəb alətlər yaradırlar.

Bundan başqa, Avropol cəmiyyətin texnologiyalardan asılılığından istifadə edən kiberfırıldaqçılar cəmiyyətinin böyüməsindən çox narahatdır.

Avropol, həmçinin kiberfırıldaqçılığın insan alveri, terrorizm və başqa təhlükələrlə əlaqəsini qeydə alıb.

Emil Hüseynov




Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024