12px13px15px17px
Tarix:01/10/16

“Samsung” şirkəti rəsmən “Galaxy A8” (2016) smartfonunu təqdim edib

Cənubi Koreyanın "Samsung Electronics" korporasiyası "Galaxy A8" (2016) smartfonunu təqdim edib. Bu, ötən il buraxılmış "Galaxy A8" modelini əvəz edib.

"ICTnews" Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçülü 5.7 düymlük ekran, "Mali-T760" qrafikasına malik "Samsung Exynos 7 Octa 7420" prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "MicroSD" çıxarılıb taxılan daşıyıcının qoşulması mümkündür.

Fablet 16 meqapiksellik (MP) əsas kamera, 5 MP-lik ön kamera ilə təchiz edilib. Aparat, həmçinin "GPS", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə modulları, 3500 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və "Android 6.0.1 Marshmallow" əməliyyat sistemi ilə idarə olunur.

Smartfon dördüncü nəsil ("LTE") şəbəkəsinə qoşulmaq qabiliyyətinə malikdir, blokdan çıxarmaq və ya pul tranzaksiyalarının təsdiqi üçün barmaq izini tanıyır.

"Samsung Galaxy A8" (2016) smartfonu bu gün 1 oktyabr 2016-cı il tarixində Cənubi Koreya bazarında satışa çıxarılacaq. Aparatın dəyəri təxminən 580 dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 1046

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024