12px13px15px17px
Tarix:03/10/16

“Google” kompüter təlimi texnologiyasını ümumi istifadəyə verib

“Google” şirkəti kompüter təlimi platformasını ümumi istifadəyə verib. Bu, proqram tərtibatçılarına neyroşəbəkələrdən istifadə etməklə innovativ məhsullar yaratmağa imkan verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, əvvəllər xidmətdən yalnız bəzi istifadəçilər alfa versiyasında istifadə ediblər. Yeni alət dünyada proqram tərtibatçıları tərəfindən yaradılan istənilən əlavə və proqramı yaxşılaşdırmağa imkan verəcək.  

Mütəxəssislər şirkətin bloqunda "Airbus” şirkətinin “Google”un “bulud” kompüter təlimi texnologiyasından istifadə etməklə müdafiə sistemləri və kosmik məkanın tədqiqi sistemlərinin necə optimallaşdırılması barədə məlumat veriblər. Yeni alət vasitəsilə “Airbus” əməkdaşları peyk təsvirlərinin avtomatik aşkarlanması və düzəlişi funksiyasını yaxşılaşdırmağa nail olublar. “Kompüter təlimi “bulud” texnologiyası bizə peykdən çəkilən təsvirlərin analizinin dəqiqliyini və sürətini artırmağa imkan verib. O, onilliklər boyunca mövcud olan problemləri həll etməyə şərait yaradıb”, - "Airbus” şirkətinin əməkdaşlarından biri qeyd edib.

Texnologiyanın inkişafa, xüsusilə müasir startaplara təsir etməsi ilə "Google”un kompüter təlimi sahəsində nailiyyətləri insan fəaliyyətinin bütün sahələrinə təsir göstərə bilər. Süni intellekt texnologiyaları bütün mümkün problemlərin həllində öz effektivliyini dəfələrlə nümayiş etdirib. Belə ki, kompüter təlimi sistemindən istifadə edən “Google” serverlərin elektrik enerjisi ilə təmini üçün xərcləri azalda bilib.

“Google” kompüter təlimini ümumi istifadəyə verməklə yanaşı,  bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olacaq. Süni intellektindən istifadəyə maraq göstərən hər kəsin şirkətin mütəxəssisləri ilə lazımi biliklər əldə etmək üçün əlaqə yaratmaq imkanı olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024