12px13px15px17px
Tarix:04/10/16

Yaponiya hökuməti Ümumdünya robot sammiti keçirəcək

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Seko Tokioda keçirilmiş mətbuat konfransında elan edib ki, hökumət 2020-ci ildə Ümumdünya robot sammiti keçirmək qərarına gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, robotlar tədbirdə sürət, dəqiqlik və işin keyfiyyəti baxımından mübarizə aparacaq.

"Biz bu sahədə dünyanın ən yaxşı robot və ən yaxşı ideyalarını bir yerə toplamağa ümid edirik" – o deyib. Nazirin sözlərinə görə, bu tədbir, ilk növbədə sənayedə və məişətdə istifadəsi mümkün olan yeni qurğuların hazırlanmasına təkan verməlidir.

Yaponiya hökuməti doğum sayının aşağı düşməsi, işçi qüvvəsinin çatışmazlığı, əhalinin qocalması ilə bağlı sosial problemlərin həlli üçün robotların tətbiqini genişləndirmək niyyətindədir.

Emil Hüseynov




Baxış sayı: 450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024