12px13px15px17px
Tarix:04/10/16

Yeni “iPhone 7” smartfonunun akkumulyatoru ən pis nəticə göstərib

Müstəqil “Which?” nəşrinin araşdırmasına görə, yeni “iPhone 7” smartfonunun akkumulyatoru ən pis nəticə göstərib.

Ekspertlər “iPhone 7” qurğusunu başqa şirkətlərin qabaqcıl smartfonları ilə müqayisə ediblər: “HTC 10”, “LG G5” və “Samsung Galaxy S7”. Mütəxəssislər birinci sınaqda qurğuların danışıq zamanı, ikinci sınaqda isə internetə qoşulma zamanı avtonom iş vaxtını yoxlayıblar. Nəticədə “iPhone 7” smartfonu sonuncu yeri tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, belə ki, ilk sınaqda “iPhone 7” cihazı 12 saat işlədiyi halda “HTC 10”-da bu göstərici 31 saat təşkil edib. İnternetə qoşulma zamanı “iPhone 7” 10 saatdan bir qədər çox işləyib. “HTC 10” qurğusunda bu göstərici 13 saat  olub.

Tədqiqatın müəllifləri yeni “iPhone 7” smartfonunun aşağı göstəricisini akkumulyatorun aşağı tutumu ilə izah edirlər. Müqayisə üçün, “iPhone 7”-nin akkumulyatorunun tutumu 1960 milliamper/saat olduğu halda “HTC” smartfonunda bu göstərici 3 min təşkil edir.

Emil Hüseynov




Baxış sayı: 456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024