12px13px15px17px
Tarix:04/10/16

“Telekom Bakı” beynəlxalq voleybol turnirində ikinci yeri tutub

Türkiyənin ən nüfuzlu turnirlərindən hesab olunan 5-ci  "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə  "Telekom Bakı"  komandası təmsil edib.
 
İstanbulun "Bahçeköy" İdman Salonunda keçirilmiş 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində "Beşiktaş JK", "Çanakkala", "Əczaçıbaşı SK",  "Halkbank", "Sarıyer Bələdiyyəsi" İdman klubları öz güclərini sınayıblar.
 
 
"A" qrupunda  "Telekom Bakı" ilk oyununda meydan sahibləri "Sarıyer Bələdiyyəsi" İdman Klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Növbəti oyunda da "Beşiktaş JK" ilə oyunu yaxşı keçirən "Telekom Bakı" 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.
 
"B" qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş "Əczaçıbaşı SK" olub. "Əczaçıbaşı SK" "Çanakkala" və "Halkbank" komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
 
"Telekom Bakı" komandasının yarımfinalda rəqibi "B" qrupunun ikincisi olan "Çanakkala" olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri bu oyunda da yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda "Əczaçıbaşı SK" "Beşiktaş JK" üzərində 3:2 qələbə qazanıb. 
 
"Çanakkala" turnirin 3-cü yer uğrunda keçirilən oyununda "Beşiktaş JK" üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 3-cüsü olub.
 
5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirinin final oyununda "Əczaçıbaşı SK" və "Telekom Bakı" üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan "Telekom Bakı" dünya yığması hesab edilən "Eczacıbaşı SK" komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən "Əczaçıbaşı SK" turnirin qalibi olub.
 
Beləliklə, "Telekom Bakı" komandası 5-ci "Bogaziçi" Beynəlxalq Voleybol Turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
 
Komandamız bu turnirdə Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baidiuk, Anastasiya Bezsonova, Aleksandra Petroviç, Mariya Filipova, Jovana Vesoviç, Ksenija İvanoviç, Sladjana Mirkoviç, Gabriela Koevanın təmsil olunduğu heyətlə çıxış edib.





















Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024