12px13px15px17px
Tarix:06/10/16

Elektron Hökumət Təlim-Tədris Mərkəzi yeni təlimlərə başlayır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) fəaliyyətini genişləndirir.
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzi artıq informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.
 
Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:
 
-       "Elektron hökumət" üzrə İT biliklər və İT bacaraıqlar;
-       Ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə;
-       İT texniklik və informasiya təhlükəsizliyi;
-       Şəbəkə texnologiyaları və sistem inzibatçılığı;
-       Proqramlaşdırma, kodlaşdırma;
-       İnsan resurslarının inkişafı.
 
Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.
 
EHTTM-nin Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala, Bərdə kimi 15 şəhərdə yerləşən regional mərkəzləri vardır. Bunun sayəsində təkcə Bakıda deyil, həmçinin regionlarda da əhalinin, xüsusən də gənclərin İKT biliklərinin artırılması, mövcud bacarıqlarının inkişafına töhfə veriləcək.
 
Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil edilir.
 
Müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş kompüter otaqlarında və laboratoriyalarda təcrübəli və peşəkar müəllimlər tərəfindən ən müasir metodika ilə təqdim edilən təlimlər sayəsində hər bir tələbənin keyfiyyətli biliklər əldə etməsinə zəmanət verilir.
 
Mərkəzin əsas ofisi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ünvanında Sizlərin xidmətindədir. Əməkdaşlıq və təlimlərdə iştirak etmək üçün (012) 5050113 və (077) 5050113 nömrəli telefonlar, info@telim.az e-poçt, www.e-training.azwww.telim.az saytları vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Mərkəzin "Facebook", "Twitter", "Instagram" səhifələri də sizin ixtiyarınızdadır.






Baxış sayı: 966

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024